Trendyol “Onay kodunu” necə əldə etmək olar?

Hörmətli müştərilər, Trendyol saytında qeydiyyatdan keçərkən və ya ünvan dəyişikliyi zamanı sayt tərəfindən "Onay kodu"nu qeyd etməyiniz tələb olunur.
Sizdən tələb olunan onay kodunu Postcargo.az saytında və ya mobil tətbiqində "Onay kodu" bölməsinə daxil olaraq əldə edə bilərsiniz! "Onay kodu” göndərildikdən sonra bir neçə dəqiqə ərzində bu bölmədə 6 rəqəmdən ibarət kod qeyd olunacaq. Kodu Trendyolda “onay kodu” bölməsinə qeyd edərək hesabınızı təsdiqləyə bilərsiniz.
Hər birinizə xoş alış-veriş arzulayırıq!

×

Kalkulyator

ABŞ və Almaniyadan sifariş edilən bağlamanın ölçüsü 0.60 sm-dən çox olarsa çatdırılma tarifi həcminə görə aşağıdakı kimi hesablanır:

(En x Uzunluq x Hündürlük) / 6000 = Həcm çəkisi (kq)

Box Prizma box

Çatdırılma tarifinin müəyyən edilməsi zamanı hesablanmış həcm (çəki) ilə bağlamanın fiziki çəkisi müqayisə edilir və hansı çəki daha yüksək olarsa onda həmin çəkiyə müvafiq olaraq cədvəldə qeyd olunan tariflər tətbiq edilir.