Tez-tez verilən suallar
Çatdırılma
Türkiyədən sifariş neçə gün ərzində çatdırılır?
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı firmadan asılıdır. Satıcı firma 3-7 gün ərzində
(rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər) məhsulu xarici anbarımıza təhvil verir.
Xarici anbarda gömrük portalına bəyan edilən bağlamaları həftədə maksimum 6 dəfə olmaqla göndərişini edirik.
Rayonlara çatdırılma xidmətiniz varmı?
Bağlamanızı Azərbaycanın istənilən Azərpoçt şöbəsindən təhvil ala bilərsiniz. Qeyd edək ki, ölkə üzrə 1000-dən çox şöbə ilə fəaliyyət göstəririk. Bunun üçün qeydiyyat zamanı sizə yaxın poçt şöbəsini qeyd etməyiniz kifayətdir. Qeyd edək ki, Azərbaycanın bütün bölgələrinə ödənişsiz çatdırırıq. Siz yalnız bağlamanızın Bakıya daşıma haqqını ödəyirsiniz.
Türkiyədən maye məhsul çatdırırsınızmı?
İstədiyiniz növ maye məhsullarını Türkiyədən rahatlıqla sifariş edə bilərsiniz. Qeyd edək ki, maye məhsullarının tarifləri standart tariflərlə eynidir. Maye məhsullarının göndərişi həftədə 1 dəfədir.
Bağlamamı başqa biri təhvil ala bilərmi?
Bəli, bunun üçün bağlamanızı təhvil alacaq şəxsə Postcargo şəxsi hesabınızda etibarnamə verməlisiniz. "Etibarnamə" bölməsinə daxil olaraq təhvil alacaq şəxsin məlumatlarını qeyd edib, etibarnaməni yaradırsınız. Etibarnamə verdiyiniz şəxs sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər.
Amerikadan çatdırılma qiymətləri necə hesablanır?
Amerikadan Azərbaycana çatdırılma qiymətləri 1.75$-dan başlayan tariflərlə hesablanır. Ətraflı "Tariflər" bölməsinə daxil olaraq tanış ola bilərsiniz!
Almaniyadan çatdırılma qiymətləri necə hesablanır?
Almaniyadan Azərbaycana çatdırılma qiymətləri 3.65$-dan başlayan tariflərlə hesablanır. Ətraflı "Tariflər" bölməsinə daxil olaraq tanış ola bilərsiniz!
Amerika və Almaniyadan sifarişlər neçə gün ərzində çatdırılır?
Amerika və Almaniyadan çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Siz sifarişi verdikdən sonra satıcı firmalar həmin bağlamanı xarici anbarımıza təhvil verir.
Satıcı firmalarda çatdırılma müddəti əsasən 3-7 gün aralığında olur. Həftəsonları və rəsmi bayram günləri satıcı firmaların çatdırılma müddəti uzana bilər.
Satıcı firma sizin sifarişinizi anbara çatdırdıqdan sonra 7-10 gün ərzində təhvilə hazır olur!
Qeyd edək ki, Amerika və Almaniyadan bağlamaların ölkəmizə göndərişi həftədə 1 dəfədir.
Bağlamanın çəkisi necə hesablanır?
Xarici anbarımıza daxil olan hər bir bağlama ayrılıqda fiziki çəkisinə əsasən hesablanır. “Tariflər” bölməsinə keçid edərək müvafiq ölkələr üzrə tariflərə nəzər yetirə bilərsiniz.
Türkiyə, Amerika və Almaniyadan gələn bağlamaların uzunluğu 60 sm-dən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.
Qeyd edək ki, qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır.
Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000
Sifariş haqqında
Türkiyədən necə sifariş edə bilərəm?
Türkiyədən sifariş etmək üçün ilk növbədə saytımızda qeydiyyatdan keçməyiniz vacibdir.
Qeydiyyatınızı tamamladıqdan sonra "xarici ünvanlarım" bölməsində Türkiyə anbarımızın ünvanı ilə tanış ola bilərsiniz. Türkiyə saytlarından sifariş etdiyiniz zaman sizdən tələb olunan "Teslimat ünvanı" bölməsinə saytımızda "Xaricdəki ünvanım" bölməsindəki Türkiyə ofisimizin ünvanını qeyd edib, keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
Sifarişimi necə izləyə bilərəm?
Sifarişlərinizi Postcargo şəxsi kabinetindən asanlıqla izləməyiniz mümkündür. Şəxsi kabinetdə “Bağlamalar” bölməsinə keçid edərək, sifarişinizin statusunu izləyə bilərsiniz. Sifarişiniz xarici anbara daxil olduqda, yerli filiala çatdırıldıqda sizə sms vasitəsi ilə məlumat da göndəriləcəkdir.
Daşınması qadağan olan məhsullar hansılardır?
• Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
• Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
• Təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar
• Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
• Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
• Canlı heyvanlar
• Bitki və toxumlar
• Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
• Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
• Dini kitablar
• Akkumulyatorlar
• Amortizatorlar;
• Mühərriklər;
• Hover Board skuterlər;
• Maşın yağları və maşın yağının olduğu bütün mallar.
• Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar.
• Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
• Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar.
*Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.
Məhsulum yanlış və ya yararsız göndərilibsə nə etməliyəm?
İlk növbədə qeyd edək ki, daşıma şirkəti olaraq xarici anbarımıza daxil olan bağlamaların Azərbaycana çatdırılmasında vasitəçilik edirik. Göstərdiyimiz vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına görə məsuliyyət daşımırıq. Sifarişiniz satıcı mağaza tərəfindən yanlış və ya yararsız göndərilibsə satıcı mağaza ilə əlaqə saxlayıb aydınlaşdırmalısınız.
Bəyannamə yaratmaq vacibdirmi?
Xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Post Cargo şəxsi kabinetinizdə bəyannamə yaratmağa ehtiyac yoxdur. Sifarişiniz xarici anbara daxil olduqda əməkdaşlarımız tərəfindən bəyannamə yaradılır və sizə sms vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz bağlamanızı yalnız Smart Customs tətbiqində bəyan etməlisiniz.
Balans
Çatdırılma ödənişini hansı üsullarla ödəmək mümkündür?
Bağlamanızın çatdırılma ödənişini etmək üçün 3 ödəmə üsulu vardır:
1. Post Cargo balansınızı artıraraq çatdırılma ödənişini etmək mümkündür.
2. Birbaşa kart məlumatlarınızı qeyd edərək bağlamanızın ödənişini edə bilərsiniz.
3. Azərpoçt şöbələrində nağd və ya posterminal vasitəsi ilə də çatdırılma ödənişini etməyiniz mümkündür.
Balansımdakı vəsaiti nağdlaşdırmaq mümkündürmü?
Balansınıza yüklədiyiniz məbləği balansı artırdığınız karta geri qaytarmağımız mümkündür. Bunun üçün "123" çağrı mərkəzimizlə əlaqə saxlayıb sorğu başlatmalısınız. Biz müraciətinizi dərhal müvafiq banka yönləndiririk. Məbləğ bank tərəfindən 3-5 iş günü ərzində kartınıza geri qaytarılır.
Gömrük
Bağlamam gömrük tərəfindən saxlanılarsa nə etməliyəm?
Bağlamanızı təhvil almaq üçün ilk növbədə çatdırılma ödənişini onlayn və ya nağd şəkildə ödədikdən sonra şöbələrimizə yaxınlaşaraq və ya çağrı mərkəzimizlə əlaqə saxlayaraq qaimə və barkod əldə etməlisiniz.
Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib, bağlamanızı rəsmiləşdirməli və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil almalısınız.
Aylıq gömrük limiti necə hesablanır?
Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər cari ay ərzində (1 təqvim ayı müddətində) kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilər. Qeyd edək ki, Gömrük limitində məhsulun invoys dəyəri və çəki ödənişi birlikdə hesablanır.
Eynicinsli məhsulların çox sayda çatdırılmasına limit tətbiq olunurmu?
Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.
Bağlamam hansı hallarda gömrük tərəfindən saxlanıla bilər?
• Sifarişləriniz 1 təqvim ayı ərzində gömrük limitini keçdikdə. (300 ABŞ dollar)
• Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən kommersiya məqsədli oldugunu təyin edildikdə,
• Ölkəyə idxalı qadağan olan məhsullar olduqda gömrük tərəfindən saxlanıla bilər.
Postamat
Postamat nədir?
“Postamat” - Müştərilərin bağlamalarını daha rahat və sürətli, növbə gözləmədən təhvil almalarına imkan verən avtomatlaşdırılmış poçt qutusudur. Postamatlar qeyri-iş günlərində də müştərilərin xidmətində olacaq.
Postamatda ödənişi necə etməliyəm?
Sifarişin Postamatdan təhvil alınması üçün bağlama mərkəzi anbara çatdırılanadək çatdırılma ödənişini onlayn şəkildə ödənilməlidir. Əks halda bağlamanız Postamata göndərilməyəcəkdir.
Bağlamanın Postamatdan təhvil prosesi necədir?
"Mərkəzi anbarda çeşidlənir" statusu alan və çatdırılma ödənişi onlayn ödənilən bağlamalar qısa zaman ərzində postamat səbətlərinə yerləşdirilir. Sifariş Postamat-a yerləşdirildikdən sonra müştəriyə SMS vasitəsi ilə 6 rəqəmli unikal kod göndərilir. Təqdim olunan kodu Postamatda qeyd edərək bağlama təhvil alınır.