Haqqımızda
Postcargo nədir?
“Postcargo” beynəlxalq poçt bağlamalarının çatdırılmasını rahat və sürətli şəkildə həyata keçirən karqo xidmətidir.
“Azərpoçt” MMC-nin təklif etdiyi yeni xidmət olan “Postcargo” paytaxt daxil olmaqla, Azərbaycanı tam şəkildə əhatə edərək dünyanı qapınıza gətirməyi təklif edir.
1000-dən çox poçt şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbə sakinlərinin də Türkiyə və Amerikanın onlayn alış-veriş saytlarından məhsulları rahat əldə etmələri mümkündür. Belə ki, “Postcargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.
Sürətimizi necə təmin edirik?
Türkiyənin onlayn ticarət saytlarından sifariş edilən məhsulların alıcılara sürətli çatdırılması üçün həftə ərzində 6 dəfə, Amerika onlayn ticarət saytlarından isə həftədə 1 dəfə göndəriş edilir. Müştərilərimiz Türkiyə və Amerika ünvanımızı qeyd edərək istənilən saytdan Azərbaycan qanunvericiliyinə uyğun olaraq qadağan olunmayan məhsulları rahatlıqla sifariş edə bilir. Ölkəyə daxil olan bağlamalar gömrük yoxlanışını keçdikdən sonra növbəti gün Bakı şəhərinə, 2-3 gün ərzində isə digər regionların poçt şöbələrində sahibini gözləyir.
Sifarişlərini sürətli şəkildə əldə etmək istəyən müştərilərimiz üçün həftəsonu və bayram günlərində növbətçi poçt şöbələrilə fəaliyyət göstəririk.
Ödəniş şərtləri necədir?
Çatdırılma ödənişləri 2 formada mümkündür: şəxsi kabinet üzərindən onlayn və nağd şəkildə.
Gələcək imkanlarımız nələrdir:
Hal-hazırda, Türkiyə və Amerikadan çatdırılma edən Postcargo yaxın zamanda digər ölkələrin elektron ticarət platformalarından da çatdırılmaları həyata keçirəcək.
Məqsədimiz xaricdən onlayn sifarişi müştərilərimiz üçün əlçatan etmək və onların məmnuniyyətini təmin etməkdir.