Gizlilik şərtləri

Ümumi şərtlər

1.1 Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda bu barədə sifarişçiyə sms və tətbiq xəbərdarlığı vasitəsilə məlumat veriləcək. Müştəri bağlamanı ofisimizdən götürə bilər.

1.2 Bağlamalarınız təhvil məntəqələrində 30 gün ərzində saxlanması ödənişsizdir. 30 gündən artıq təhvil məntəqələrində qalan məhsul üçün qərar “Postcargo"-yə məxsus olacaqdır. 

1.3 Maye və tərkibində batareya, maqnit olan məhsulların daşınması həftədə 1 dəfə olmaqla həyata keçirilir. 

1.4 Bağlamanın hər hansı bir tərəfi 60 sm-dan böyük olduqda daşıma haqqı bağlamanın həm həcmi, həm də fiziki çəkisi nəzərə alınaraq daha böyük çəkiyə əsasən hesablanır. Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000
 

Bağlamanın məntəqədən təhvil alınması
2.1 Bağlamanızı təhvil məntəqəsindən şəxsiyyət vəsiqənizin əsli ilə özünüz və ya “Postcargo” hesabınızda yaradacağınız etibarnaməni verdiyiniz şəxs öz vəsiqəsi ilə təhvil ala bilər.

2.2 Azərpoçt məntəqələrində bağlamaların 14 gün ərzində saxlanılması ödənişsizdir. 10 gün keçdikdən sonra Azərpoçt qaydalarına əsasən cərimə hesablanır.


Xarici ünvanımız qeyd edilərək sifariş edildiyi halda

3.1 İstifadəçi "Xarici ünvanlarımız" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər. Türkiyədən xarici ünvanlarımızı qeyd edərək sifariş etdiyiniz zaman Postcargo şəxsi kabinetinizdə bəyannamə yaratmayacaqsınız. Sifarişiniz xarici anbara daxil olduqda sizə sms və ya mobil tətbiq vasitəsilə bildiriş göndərilir. Bundan sonra siz yalnız https://e.customs.gov.az/auth/login saytında bağlamanızı bəyan etməlisiniz.

3.2 Sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra sifariş təyin edilmiş çatdırılma müddəti ərzində daxili karqo şirkəti və ya poçt xidməti vasitəsilə xaricdəki ünvanlarım bölməsində qeyd edilən ünvana çatdırılaraq “Postcargo” əməkdaşına təhvil verilir.

3.3 Xarici ünvanımızı qeyd edərək sifariş etdiyiniz zaman “ Postcargo " göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına görə məsuliyyət daşımır. 

3.4 Xarici ünvanlarımıza təhvil verilməyən bağlamalara görə “ Postcargo" heç bir öhdəlik və məsuliyyət daşımır.

3.5 Birbaşa mağazadan sifariş etdiyiniz və sistemdə qeydiyyata alınmadığı təqdirdə sifarişinizin xarici anbara təhvil verilməsi ilə bağlı mağazadan bildiriş aldıqdan sonra ən gec 15 gün müddətində sorğu yaradılmalıdır.
Qeyd edək ki, sorğunun araşdırma müddəti əsasən 15 iş gününü əhatə edir. Araşdırmaya əsasən bağlamanızın çatdırılmaması tərəfimizdən qaynaqlanarsa növbəti 5 iş günü ərzində ödənişinizin geri qaytarılması üçün banka müraciət olunur. Nəzərinizə çatdıraq ki, banka müraciət etdikdən sonra məbləğin kartınıza qaytarılması 5-7 iş gününü əhatə edir.

3.6 Türkiyə saytlarından alış-veriş edərkən tərkibində maye olan məhsulları digər məhsullardan ayrı formada satın almağınızı tövsiyə edirik. Bu məhsulları xarici saytlarda ayrı səbətlərdə aldığınız zaman bu sifarişlər xarici anbara da ayrı bağlamalarda daxil olur. Türkiyə anbarına daxil olan və tərkibində ən az bir maye məhsulu olan bağlamaların tam çəkisi maye tariflərinə əsasən hesablanır. Xatırladaq ki, beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. 
 

Gömrük

Məlumat üçün nəzərinizə çatdırırıq ki, sifarişlərin dəyəri 1 (bir) təqvim ayı ərzində 300 ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur. Bununla belə, gömrük orqanları tərəfindən kommersiya məqsədi daşıdığı barədə məlumat verildiyi halda və ya 300 ABŞ dollarından artıq olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq gömrük nomenkulaturasında nəzərdə tutulan həcmdə rüsuma cəlb olunacaq. Qeyd edək ki, rüsumun maksimum həddi 36% təşkil edir. Qeyd edək ki, sizin cari ay üzrə limitiniz hesablanarkən həm sifarişlərinizin məbləği, həm də çatdırılma məbləği nəzərə alınır. Saxlancda qalan hər bir bağlama üçün digər xərclər: 5 AZN sadələşdirilmiş bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan çox bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro.

18 yaşdan aşağı olan vətəndaşların postcargo.az saytında və e.customs.gov.az portalında qeydiyyatdan keçməsi mümkün deyildir. 

 

Bağlamanızın Gömrük xidməti tərəfindən saxlanılması

4.1 Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçdikdə,
Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən  kommersiya məqsədli oldugunu təyin edildikdə ölkəyə idxalı qadağan olan məhsullar olduqda sifarişiniz gömrükdə saxlanıla bilər.
Müştəri limiti keçmədiyi təqdirdə istənilən sayda bağlama gətirə bilər. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyi zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir.

4.2 Gömrük orqanları tərəfindən saxlanılan bağlamanı yalnız bağlamanın sahibi təhvil ala bilər.
4.3 Müştəri gömrük tərəfindən saxlanılan bağlamanı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlama(lar) üçün çatdırılma haqqını ödəyib, qaimə və barkodu əldə edir. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlama(lar) haqqında ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilər. Aylıq limit sifariş tarixinə əsasən deyil, bağlamanın Gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən hesablanır.

4.4 Ölkə xaricindən hər hansı məhsul aldığınız zaman məhsulun ixracına həmin ölkə tərəfindən hər hansı qadağaların olub olmadığını öyrənməyiniz lazımdır. Əks halda bağlamanız xarici ölkənin gömrük orqanı tərəfindən müsadirə olunarsa məsuliyyəti müştərinin özü daşıyır.
 

Daşınması qadağan olunan məhsullar
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Çindən maye, dərman və toz halında olan məhsulların çatdırılması mümkün deyil.
- Amerikadan məhsulun tərkibində spirt, tezalışan maddə olmadığı təqdirdə gətirilməsi mümkündür. (parfumeriya, sprey, lasyon, mist, quru şampun, boyalar və s. gətirilmir) Türkiyədən maye məhsullarının gətirilməsi mümkündür.
- Telefonlar, planşet
- Powerbank-lar (Çindən olmaz, Amerika və Türkiyədən sifariş edilməsi mümkündür)
- Kamerası və səsyazması olan saatlar
- Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları
- Amerikadan partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv   maddələr (parfumeriya, sprey, lasyon, mist, quru şampun, boyalar və s.)
- Tibbi məhsullar
- Gizli kamera
- Akkumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Tablo sifarişləri
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar - Bitki və toxumlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.