İspaniya anbarımızın ünvanı yeniləndi!
Hörmətli müştərilərimiz, təklif və iradlarınızı nəzərə alaraq sizlərə daha keyfiyyətli və sürətli xidmət göstərmək məqsədilə İspaniyadakı anbarımızın ünvanını yenilədik.
Yeni ünvan məlumatını Postcargo hesabınıza daxil olaraq “Xaricdəki ünvanlarım” bölməsindən asanlıqla əldə edə bilərsiniz.
Xahiş edirik, İspaniya üzərindən etdiyiniz bütün sifarişlərdə mütləq yeni ünvanı istifadə edin. Bu, bağlamalarınızın gecikmədən və problemsiz şəkildə çatdırılması üçün vacibdir.
Köhnə ünvana göndərilən sifarişlər 10.07.2026-cı il tarixinədək qəbul olunmağa davam edəcək və mövcud bağlamalar növbəli şəkildə emal edilərək sizə çatdırılacaqdır.
Bizimlə alış-veriş daha rahat, daha sürətli və daha etibarlıdır!
