11.11 Alış-Verişində Nəyə Diqqət Etməli?
11 noyabr, yəni 11.11 sadəcə bir tarix deyil, qlobal alış-veriş aləminin ən parlaq günlərindən biridir! Əslində bu gün ilk dəfə 1990-cı illərdə Çində “Singles’ Day” (Bekarlar Günü) kimi qeyd olunmağa başlayıb. Tarixdəki dörd “1” rəqəmi bekar insanları simvolizə etdiyindən, 11.11 bir zamanlar tək olanların özünü sevme günü idi. Amma çox keçmədi ki, bu fikir milyonlarla insanın səbirsizliklə gözlədiyi endirim festivalına çevrildi.
2009-cu ildə Alibaba bu günü kütləvi endirimlərlə təqdim etdi və o andan etibarən 11.11 dünyanın ən böyük onlayn alış-veriş hadisəsi statusunu qazandı. Hətta satış həcminə görə Black Friday və Cyber Monday günlərini də geridə qoyur!
Bu gün markalar üçün satış rekordu, alıcılar üçün isə fürsət yağışıdır. Ən sevdiyiniz brendlər böyük endirimlər, xüsusi kampaniyalar və limitli təkliflərlə çıxış edir.
11.11 Alış-Verişində Nəyə Diqqət Etməli?
* Real endirimi yoxlayın. Məhsulun əvvəlki qiymətini və kampaniya qiymətini müqayisə edin.
* Səbətinizi öncədən hazırlayın. Populyar məhsullar tez tükənir.
* Etibarlı saytlardan alın. Brend və satıcı reytinqlərinə baxın.
* Karqo seçimində diqqətli olun. Güvənli və etibarlı karqo şirkəti vasitəsi ilə sifariş edin.
11.11 endirimlərini Postcargo-ya həvalə edə bilərsiniz. Çünki, biz sərfəli tariflərlə Türkiyə, ABŞ və Avropa saytlarından etdiyiniz sifarişləri sürətli və sərfəli şəkildə çatdırırıq.
Bu 11.11 endirimlər seçiminiz ağıllı Postcargo olsun.
